Sosial şəbəkələrdə silah satışına qadağa qoyulur
Facebook-un bu qərarı ABŞ prezidenti Barak Obamanın üç həftə əvvəl silah satışı və alışı ilə bağlı yeni məhdudiyyətlər qoymasından sonra verilib.
Cənab Obamanın məhdudlaşdırıcı qaydalarına bütün silah satıcılarının və alıcıların psixi xəstəlik və ya məişət zorakılığı ilə əlaqədar yoxlanışdan keçməsi daxildir. Facebook "təəssüf ki özü də istəmədən təhlükə yarada biləcək insanlara silah satan onlayn platforma idi", Hər Rayonda Təhlükəsizlik qrupundan Shannon Watts Associated Press agentliyinə deyib.
Facebook-un silah satışına qadağa qoyması üçün təşviqat aparan qrup bildirib ki, iki ayrı-ayrı halda başqalarını öldürmək məqsədilə bu sayt vasitəsilə silah alınmasına dair dəlillərə malikdir. Qanun dəyişikliyinə qarşı çıxan Milli Silah Assosiasiyası Facebook-un qərarı barədə hələlik şərh verməyib. Saytın bütün dünyada 1.59 milyard istifadəçisi var.






