n2006

n2006 Sağlamlıq 24-08-2024, 14:30

Qanqal qaraciyərin “dost”udur

Qanqal qaraciyərin “dost”udur
Qanqal demək olar ki, Azərbaycanın bir çox bölgələ­rində, xüsusilə, yol kənarlarında günəşli sahələrdə yeti­şir. Mütəxəssislər onun insan orqanizminə bir çox fayda­ları olduğunu aşkar ediblər.

Hələ qədim zaman­larda yaşlı insanlar cavanlara bərkiməmiş qanqalın gövdəsini so­yub yeməyi tövsiyə ediblər. Bu bitkinin bir çox xəstəliklərə faydalı olduğunu deyiblər. Azər­baycanda köhnə kişilər elə çöllərdəcə bu bitki­nin baş hissəsini yığıb, gövdəsinin nazik qabığını soyub yeyirlərmiş.

Qanqal qaraciyərin toxumalarını yeniləyir, onu zərərli maddələrdən təmizləyərək piylənməsinin qarşısını alır. On­dan sarılıq keçirən insanlarda yaranan qaraciyər xəstəliklə­rinin müalicəsində (Karsil adlı preparatın tərkibi qanqaldır) istifadə etmək tövsiyə olunur.

Təcrübədə sübut olunub ki, qanqal yemək temperaturu aşağı salır, bədəndə yaranan sinir ağrılarını azaldır. Yarpaq­larını qaynadıb, suyuna bal qatıb içmək isə malyariya xəstə­liyində xeyirlidir. Qanqalın immun sistemi xəstəlikləri üçün də faydaları var.

Bitki damar tutulması səbəbilə yaranan xəstəliklərdə də təsirli vasitədir. Ondan alkoqol asılılığını müalicə etmək üçün istifadə oluna bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
271 307 255 214 257 259

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.