Kitab sevərlər üçün bir-birindən maraqlı kitablar [1]
Kitablar bizi xəyallar aləminə aparan sadiq dostlarımızdır. Ancaq heç də hər kitab oxucu ilə dost ola bilmir.
Aşiq xəyalət
Müəllif: Mark Levi
Kitab haqqında: Gənc pianoçu Tomas bir gün evində xəyalət görür. Xəyalət ən böyük arzusunun həyata keçməsi üçün ondan kömək istəyir. Bu onun atasının kabusudur! Tomas ona kömək etmək üçün kənardan axmaqca görünən bir seçim edir: bütün iş-gücünü atıb təyyarə ilə San-Fransiskoya yollanır. Bu ölkədə isə onu sürprizlər gözləyir. Tomas atasına verdiyi sözü tuta biləcəkmi? Orada qarşılaşdığı qadın necə, ona yardım edir, yoxsa mane olur?
![Kitab sevərlər üçün bir-birindən maraqlı kitablar [1]](/uploads/boz_bezek.jpg)
Bir Üstəgəl Bir
Müəllif: Jojo Moyes
Kitab haqqında: JoJo Moyesin “Bir üstəgəl bir” romanı – valehedici, oxucunu sonadək həyəcanlı durumda saxlayan əsər iki tənhalığın birləşdiyi zaman nələr yarada biləcəyindən bəhs edir. Cess Tomasın iki uşağı və iki işi var. Hər gün yorucu iş. Həm yad evlərdə, həm də öz evində. Ona kimsənin yazığı gəlmir, kənardan köməyə də özü bel bağlamır. Buna görə də bəzən Cess riskli qərarlar qəbul etmək məcburiyyətində qalır.

Əqrəb
Müəllif: Ceyhun Hidayətli
Kitab haqqında: Məşhur biznesmen Qurban Kazımovun sakit keçən həyatı birdən-birə alt üst olur. Həyatda hər şeydən dəyərli hesab etdiyi ailəsinin başına gələnlər onun da yaşamaq həvəsini öldürür. Türkiyədən yenicə qayıtmış dedektif Kənan Orucov baş verən hadisələrlə bağlı on köməklik etməyə çalışır, amma əldə etdiyi nəticə....

Amerikan çirki
Müəllif: Cenni Kummins
Kitab haqqında: Lidiya idealist jurnalist əri Sebastian və sevimli oğlu Luka ilə sevgi dolu bir həyat yaşayır. Lakin onların böyük ailələri ilə birlikdə qurduqları bu xoşbəxt ev birdən-birə alt-üst olur: Los Jardineros Lidiyanın ailəsinin on altı üzvünü öldürdü. Üstəlik, bu qətliama görə Lidiyanın dostu Xavyer məsuliyyət daşıyır. Lukadan başqa bütün ailəsini itirən Lidiya yaşadığı bu şeyin dəhşətindən tez bir zamanda çıxmalı, özünü və oğlunu xilas etməlidir.









