Yeşilçamın usta aktrisası Sevil Üsttekin dünyasını dəyişib
Yeşilçam dünyasına bir ağır itki daha üz verib. Sun.Az xəbər verir ki, "Qapıçılar kralı" və "Şabanın oğlu Şaban" kimi bir çox unudulmaz filmlərdə rol alan Sevil Üsttekin 79 yaşında dünyasını dəyişib.
Sevil Üsttekin Üsküdar Amerika Qız Liseyini bitirib. Özəl teatr məktəbində, LCC Dil və Mədəniyyət Mərkəzində Muhsin Ərtoğrulun rəhbərliyi altında 3 il təhsil alıb.
O, Ali Poyrazoğlu, Gülriz Sururi - Engin Cezzar, Nisa Serezli kimi bir sıra teatrlarda çalışmışdır.
Sevil Üsttekin 1992-ci ildə "Mahallenin Muhtarları" serialında "Müzevir Müzeyyen" obrazını canlandırıb. Üsttekin Tarık Akan və Zihni Göktay ilə 'Koçum Benim' də daxil olmaqla bir çox serialda rol alıb.
Sevil Üstekinin ölümü sənət dünyasını yasa boğub.