n2006

n2006 Maraqlı 30-08-2024, 19:27

Fobi Nədir və Maraqlı İnsan Fobiləri

Fobi Nədir və Maraqlı İnsan Fobiləri
Fobi kəliməsi phobos sözündən törənmiş və dəhşət mənasını verir. Bu söz qorxu sözü ilə yaxın mənaları daşısa da tam olaraq sinonimlik təşkil etmir. Fobi, bir hadisə, bir varlıq ya da bir vəziyyətin hər hansı şəxsdə yaratdığı qarşısı alına bilinməyən, ürpədici qorxudur. Bu qorxu şəxsin özü tərəfindən idarə edilə bilməməklə bərabər zamanla bu qorxunun qarşısını almaq da mümkündür. Fobi sahibi bu vəziyyətdən uzaqlaşa bilmədikdə ciddi panika və həyəcan yaşayaraq ruhi problemlə qarşılaşa bilər. Dünyada bir neçə insanda müşahidə edilən ortaq, bəzən də şəxsin özünə məxsus fobilər mövcuddur. Şəxsə aid fobi əsasən o şəxsin həyatında yaşadığı bir hadisə ilə əlaqələndirilir. Bu uşaqlıqda yaşanan qorxunc hadisə ola bilər. Bir sıra insanlarda rast gəlinən fobilər aşağıdakı kimidir.

Akrofobi, hündürlük qorxusu.

Agorafobi, ucsuz bucaqsız ərazi qorxusu.

Klostrofobi, qapalı yer qorxusu.

Kinofobi, it qorxusu.

Payrofobi, od qorxusu.

Zoofobi, heyvan qorxusu.

Akuafobi, su qorxusu.

Astrofobi, göy gurultusu ilə bağlı qorxu.

Mizofobi, natəmizlik, yoluxma qorxusu.

Ofidofobi, ilan qorxusu.

Ailurofobi, pişiklərdən qorxma.

Amaksofobi, avtomobil qorxusu.

Asimetrifobi, simmetrik olmayan şeylərdən qorxma və narahat olma.

Aekatriaparaskevifobi, ayın 13 nün cümə gününə düşməsi qorxusu.

Gametofobi, evlənməkdən qorxma.

Kenofobi, qaranlıqdan qorxma.

Ksantofobi, sarı rəngdən qorxma.

Musofobi, siçandan qorxma.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
301 254 250 223 254 199

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.