n2006

n2006 Texnologiya 2-09-2024, 20:13

NASA və Nokia razılığa gəldilər: Ayda internet olacaq

NASA və Nokia razılığa gəldilər: Ayda internet olacaq
Ayın səthində kosmonavtlar üçün fasiləsiz rabitə və məlumat ötürülməsini təmin etmək üçün Nokia-nın 4G texnologiyasından istifadə ediləcək.

LoaDinG.Az bildirir ki, bir vaxtlar əfsanəvi telefon istehsalçısı olan Nokia indi 5G texnologiyasına böyük sərmayələr qoyur.

Nokia 2020-ci ildə NASA-dan 14,1 milyon dollar maliyyə alıb. Nokia 4G LTE texnologiyasını NASA-nın Artemis III missiyasında istifadə olunacaq yeni nəsil skafandrlara inteqrasiya etmək üçün "Axiom Space" ilə əməkdaşlıq edir.

Bu yenilik 2026-cı ildə Ay səthinə missiya zamanı kosmonavtların daimi şəbəkə əlaqəsinə malik olmasını təmin edəcək.

Müqaviləyə əsasən, "Axiom Space"in "Extravehicular Mobility Unit" (AxEMU) skafandrları Nokia-nın 4G LTE texnologiyası ilə təchiz olunacaq.

İnternet bağlantısı sayəsində kosmonavtlar Ayın səthində bir neçə kilometr məsafədə real vaxt rejimində HD video çəkmə, səsli rabitə və telemetriya məlumatlarını ötürə biləcəklər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
252 250 264 233 234 228

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.