Memmedova

Memmedova Maraqlı 6-09-2024, 23:30

İçimdəki Qızcığaz..

İçimdəki Qızcığaz..
İçimdəki qızcığaz...

İçimdəki qızcığaz... Gəl dərdləşək səninlə..
Niyə böyümədin sən? Yaşadın dünənimlə?
Gözümdən boylanaraq ürəyimdən baxırsan,
Körpə vaxtlarım üçün sən dəmi darıxırsan?...
Gizlənqaç oynayardın...gizlənənlər çıxmadı...
Həyat səni çox yordu, göz yaşına baxmadı...
Gəlinciyin toz basıb keçmişinin içində,
Gəlinciklə bərabər itdin ömrün köçündə...
Bənövşəni səslədin...Daha düşmədi bəndə...
Elə dəyişdi dövran... Özün düşdün kəməndə...
Oyun oynamaq sənin ən sevdiyin iş idi,
Qarı sevirdin deyə gözlədiyin qış idi...
Oyun qurarlar deyə ürəyini yeyirsən,
Daha qışı sevmirsən,gələndə üşüyürsən...
Sənin boyundan böyük Həyat səni sıxdımı?!
O balaca ürəyin yoxsa yoxa çıxdımı?!
Bəzən olur, gözümdən damla - damla axırsan,
Görən mən qocalıram,sənmi yoxa çıxırsan?!
Bu böyük bədən sənə neçə köynək boş gəlir?
Ay Balaca Qızcığaz...Ürəyindən Yaş Gəlir...❤‍🩹

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
188 241 248 216 186 258

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.