cabir

cabir Maraqlı 20-09-2024, 13:30

Azərbaycanda aqressiv insanların sayı niyə ARTIR? - AÇIQLAMA

Azərbaycanda aqressiv insanların sayı niyə ARTIR? - AÇIQLAMA
Son dövrlər cəmiyyətdə psixoloji gərginlik, stress və depressiya hallarının kəskin artımı müşahidə edilir.

Bəs bu nə ilə əlaqəlidir? Sun.Az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Gülnar Orucova bildirib ki, bu halların yaranmasının bir sıra səbəbləri mövcuddur.

"Bunlara mənəvi-psixoloji və sosial-iqtisadi səbəbləri misal göstərmək olar. Yəni müasirlik adı altında yad dəyərlərin təbliği, milli-mənəvi dəyərlərin çökdürülməsi halları var. Aqressiv hərəkətlər özünə qəsd, özünü alçaltma, özünü günahlandırma şəklində biruzə verə bilər. Əsəbləri ilə bacara bilməyən aqressiv adamlar həyatları boyu ciddi ürək xəstəlikləri ilə üz-üzə qalırlar. Bu adamlar psixi xəstəliklərə də meyillidirlər. İnsanlarda aqressiya digər heyvanlarda olduğu kimi, təbii olaraq təkamül yolu ilə inkişaf edən bir hadisədir. İnsanlardakı aqressiyanı heyvanlardan fərqləndirən ona səbəb olan duyğuların mürəkkəbliyidir. Eqoist, narsist insanların formalaşdırılmasında kinoların, uşaqlıqdan izlənilən cizgi filmlərinin, və kompyuter oyunlarının öz rolu var".

Psixoloq qeyd edib ki, Azərbaycanda psixi xəstəliklərin artımı da çox yüksəkdir.

"İşsizlik, yoxsulluq və kasıbçılıq kimi məsələlər də insanlarda stress yaradan faktorlardandır. İnsanların münasibətlərində maddiyyatın önə keçməsi, mənəvi dəyərlərin arxa plana atılması, istər ailə daxilində, istərsə də dostluq münasibətlərində özünü büruzə verir".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
219 266 240 231 182 215

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.