-səпi sevмəуi вuraxsam , qorxuяамкi oləяəм..
Artıq nə yazacağımı bilmirəm.. Sözlər təsirini itirir, sənə çatmağa çalışarkən. Sən necə bir qüvvəsən? Gücümü əlimdən alır yoxluğun, divarların üstümə gəldiyini görürəm,
yumuram gözlərimi, susuram sözlərimi.. Sənə qarşı dururam, hər səfərində məğlub oluram.
Qəbul edirəm.. Sənə aşiq, sənə heyran, sənə imkansızam mən.

Bəs sizin xəyallarınız xəyal olaraq qaldı mı heç ? Heç bir şeyi çox istiyib sahib ola bilməmək bildiniz mi ? Heç oldu mu ki istəklərinizi dilə gətirə bilmədən qəlbinizin
ən dərinlərində bir yerdə dəfn edəsiniz ? Sizin heç qanadlarınızı qırdılar mı ?

Xoşbəxtliyin bir sirri varmı bilmirəm amma bir həddi vardır əlbət, sizə uzadılan hər əl və hər qəlb bir gün geri çəkiləcək,
hər xoşbəxtlik ya yarımçıq qalacaq ya yavaşca azalacaq və hərkəs ən az bir dəfə tərk ediləcək.

Paramparça xatırlayır o Qadın məni, bəlkədə heç xatırlamır.Və silmir artıq göz yaşlarımı, bəlkədə heç bilmir ağladığımı.Keçmir daha biz keçən küçələrdən o Qadın , bəlkədə hisslizliyi kor edib onu Kim bilir ? Bəlkədə xoşbəxtdir o başqası ilə, bəlkədə sevməyi unudub çoxtan.
Siqareti buraxmasam ortalama qırx il daha ömrüm varamma səni sevməyi buraxmasam, qorxuramki öləm,
çünki elə işləmisənki iliklərimə qədər, sanki sən çatışmamazlığından öləcəm birgün

Cızma-qara həyatıma bir rəng lazım bu aralar, bir toxunuş dayanmış yaşantıma, bir saat gecikməsi indilərdə tək ehtiyacım
Bir xoş söz bəs edərdi, bir səs keçmişdən bu günümə. Axıb gedən ulduzdan bir pay,
bir nəsihət dinləyib anlayacağım. Bu qədər də sadə əslində.

Bir gün ağlına gəlim istəyirəm bir gün,bir an, bir saniyə nə bilim. Bir mahnıda, bir ətirdə,
bir küçədən keçərkən. Yadına düşüm,düşsəm nə olacaq düşməsəm nə olacaq.
istəyirəm ama az da olsa ürəyi sızlasın onunda mənim üçün.







