HASANLY

HASANLY Məşhurlar 29-09-2024, 14:30

Tanınmış cazmen, Xalq artisti Cavan Zeynallının doğum günüdür

Tanınmış cazmen, Xalq artisti Cavan Zeynallının doğum günüdür
Bu gün Xalq artisti, cazmen Cavan Zeynallının doğum günüdür.

Cavan Zeynallı 29 sentyabr 1945-ci ildə Bakıda dünyaya gəlib.

Əvvəlcə 7 illik musiqi məktəbini, 1967-ci ildə A.Zeynallı adına musiqi texnikumunu bitirib. Həmin ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə qəbul olunub. 1972-ci ildə konservatoriyanı bitirdikdən sonra Azərbaycan Dövlət Mahnı Teatrında solist işləyib.

1976-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında solist-vokalçı kimi fəaliyyət göstərib.

1979-2001-ci illərdə "Qaya" Dövlət ansamblının solisti olub. "Qaya" ansamblı ilə birgə bir çox xarici ölkələrdə qastrol səfərlərinə çıxıb, Azərbaycan estrada sənətinin nümunələrini ləyaqətlə təmsil edib.

Musiqiçi özünəməxsus səs tembri, ifa tərzi, aurası ilə böyük pərəstişkar ordusu qazanıb.

Bakıda, Moskvada, Latviyada, Almaniyada, Polşada keçirilən Beynəlxalq Caz Festivallarının iştirakçısı olub. Bakı Caz Mərkəzində üç solo konserti ilə çıxış edib.

Sevimli müğənnimizin yaradıcılığı daim dövlət tərəfindən yüksək qiymətləndirilib, 16 sentyabr 2006-cı ildə "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi", 24 may 2019-cu ildə isə "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adlarına layiq görülüb.

21 dekabr 2015-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

Cavan Zeynallı 2 dəfə ailə həyatı qurub. İlk dəfə Moskvada evlənən sənətkarın 1981-ci il təvəllüdlü Nataşa adlı bir qızı var. Musiqiçi ikinci dəfə 1996-cı ildə Röya xanımla ailə həyatı qurub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
276 240 211 205 261 205

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.