HASANLY

HASANLY İdman 4-11-2024, 13:42

Lionel Messi "Barselona"ya qayıdır?

Lionel Messi "Barselona"ya qayıdır?
ABŞ klubu "İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi İspaniya təmsilçisi "Barselona"ya qayıda bilər.

Loading.Az "Gol"a istinadən xəbər verir ki, futbolçu 2026-cı ilin əvvəlində azad agent kimi Kataloniya klubu ilə qısamüddətli müqavilə bağlayaraq, yenidən komandanın üzvü ola bilər.

Məqsəd futbolçunun qarşıdan gələn dünya çempionatına yaxşı hazırlaşa bilməsidir.

Qeyd edək ki, L.Messi 2024-cü ildə klub səviyyəsində bütün turnirlərdə 24 oyunda iştirak edib, 22 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "İnter Mayami" ilə müqaviləsinin müddəti 2025-ci ilin sonuna qədər nəzərdə tutulub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
299 267 242 233 268 278

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.