HASANLY

HASANLY İdman 18-11-2024, 11:46

İtaliya millisi 41 ildən sonra antirekorda imza atıb

İtaliya millisi 41 ildən sonra antirekorda imza atıb
UEFA Millətlər Liqasının VI turunda Fransa millisinə doğma meydanda 1:3 hesabı ilə məğlub olan İtaliya seçməsi 41 il sonra ilk dəfə evdə keçirdiyi oyunda 2 və ya daha çox top fərqi ilə məğlub olub.

Loading.Az xəbər verir ki, Apennin təmsilçisi Milandakı görüşə qədər son belə məğlubiyyətini AVRO-1984-ün seçmə mərhələsində yaşamışdı - 1983-cü il oktyabrın 15-də İsveç millisi İtaliyadan 3:0 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, İtaliya millisi A liqasının 2-ci qrupunda ikinci yeri tutub. 13 xal toplayan Apennin təmsilçisi məhz son məğlubiyyətinə görə eyni xalı olan Fransadan geri qalıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
256 215 188 261 254 186

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.