HASANLY

HASANLY İdman 19-11-2024, 11:34

DÇ-2026: Braziliya millisi Uruqvayla üz-üzə

DÇ-2026: Braziliya millisi Uruqvayla üz-üzə
Dünya Çempionatı 2026-nın seçmə mərhələsində XII turun görüşləri noyabrın 20-də keçiriləcək.

Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, Boliviya Paraqvayı saat 00:00-da, Kolumbiya Ekvadoru saat 3:00-da, Argentina Perunu, Çili Venesuelanı 4:00-da, Braziliya isə Uruqvayı saat 4:45-də (bütün saatlar Bakı vaxtı ilə) qəbul edəcək.

Qeyd edək ki, aktivində 22 xalı olan Argentina seçmə mərhələnin turnir cədvəlinin vahid lideridir. Hərəyə 19 xalı olan Uruqvay və Kolumbiya sonrakı iki pilləni bölüşürlər. Braziliya 17 xalla dördüncüdür. Ekvador və Paraqvayın 16 xalı, Venesuela və Boliviyanın 12 xalı var. Peru yeddi xal toplayıb, Çili isə altı xalla sonuncu 10-cu yerdə qərarlaşıb.

20 noyabr

Dünya Çempionatının seçmə mərhələsi

XII tur

Saat 00:00, Boliviya - Paraqvay;

Saat 3:00, Kolumbiya - Ekvador;

Saat 4:00, Argentina - Peru;

Saat 4:00, Çili - Venesuela;

Saat 4:45, Braziliya - Uruqvay.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
325 374 274 241 252 234

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.