cabir

cabir İslam Dini 23-11-2024, 19:10

Məsciddə dəhşət yaşandı - namaz qılan 12 dindarı öldürdülər

Məsciddə dəhşət yaşandı - namaz qılan 12 dindarı öldürdülər
Əfqanıstanın şimalındakı Bəğlan əyalətində naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib. Sun.Az report-a istinadən xəbər verir ki, bu barədə "Khaama press" portalı mənbələrə istinadən məlumat yayıb.

"Mənbələr Bəğlan əyalətinin Nəhrin rayonunda naməlum silahlıların atəş açması nəticəsində 12 nəfərin həlak olduğunu bildiriblər", - materialda deyilir.

Portalın məlumatına görə, insident cümə axşamı axşam saatlarında baş verib. Qeyd olunub ki, bir qrup silahlı şəxs Seyid Padşah Ağa ziyarətgahına soxularaq namaz qılan müsəlmanları güllələyib.

Hələlik heç bir ekstremist qrup bu hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
366 348 358 315 282 288

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.