HASANLY

HASANLY İdman 27-11-2024, 12:53

UEFA Çempionlar Liqası: Pep Qvardiola qələbəni əldən verdikləri görüşdə üzünü cırdı

UEFA Çempionlar Liqası: Pep Qvardiola qələbəni əldən verdikləri görüşdə üzünü cırdı
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola üç qolla üstün olub, sonradan qələbəni əldən verdikləri görüşdə özünə xəsarət yetirib.

Loading.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının V turu çərçivəsində keçirilən "Mançester Siti" - "Feyenoord" qarşılaşmasından sonra onun üzündəki və başındakı cırmaq izləri diqqət çəkib.

Zədələrlə bağlı jurnalistin: "Yaralarınız var. Nə olub?" - sualına Qvardiola gülərək belə cavab verib:

"Dırnaqlarımla cırmışam. Özümə zərər vermək istəyirəm".

Xatırladaq ki, altı qolun vurulduğu görüşdə 3:3 hesablı heç-heçə qeydə alınıb.

Qeyd edək ki, bu qarşılaşmayadək "Mançester Siti" bütün yarışlarda beş oyun ardıcıl məğlubiyyətə uğrayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
271 236 245 206 244 257

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.