HASANLY

HASANLY İdman 7-12-2024, 13:46

Premyer Liqa: "Qarabağ" "Sabah"la, "Araz-Naxçıvan" "Səbail"lə üz-üzə

Premyer Liqa: "Qarabağ" "Sabah"la, "Araz-Naxçıvan" "Səbail"lə üz-üzə
Bu gün Misli Premyer Liqasının XVI turunda iki oyun keçiriləcək.

Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, günün ilk görüşündə "Səbail" "Araz-Naxçıvan"ı qəbul edəcək. Qonaqlar 36 xalla ikinci, "dənizçilər" 8 xalla sonuncu - onuncu sırada yer alıblar.

18:00-da "Sabah" "Qarabağ"la üz-üzə gələcək. Rəqibindən bir oyun az keçirən Ağdam təmsilçisi 37 xalla liderdir. Paytaxt klubu 22 xalla beşinci pillədə qərarlaşıb.

Misli Premyer Liqası

XVI tur, II dövrə

7 dekabr

15:00. "Səbail" - "Araz-Naxçıvan"

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Müslüm Əliyev, Elvin Bayramov.

VAR: Rəvan Həmzəzadə.

AVAR: İnqilab Məmmədov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

"ASCO Arena"

18:00. "Sabah" - "Qarabağ"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.

VAR: Əliyar Ağayev.

AVAR: Zeynal Zeynalov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

"Bank Respublika Arena"

Qeyd edək ki, turun digər oyunları 8-9 dekabrda gerçəkləşəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
268 240 199 241 208 243

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.