HASANLY

HASANLY Məşhurlar 9-12-2024, 01:47

"Ayda 3 milyon dollar xərcləyirəm"

"Ayda 3 milyon dollar xərcləyirəm"
Məşhur rep ifaçısı Cardi B, son zamanlar maddi sıxıntı yaşadığı ilə bağlı yayılan iddialara cavab verib. 80 milyon dollar sərvəti olduğu təxmin edilən 32 yaşlı amerikalı müğənni, iqtisadi vəziyyəti ilə bağlı maraqlı açıqlamalar verib.

Loading.Az haber global-a istinadən xəbər verir ki, üç uşaq anası olan Cardi B ayda nə qədər pul xərclədiyini açıqlayaraq yayılan söz-söhbətlərə cavab verib. O, "Ayda təxminən 3 milyon dollar xərcləyirəm" deyə bildirib.


Bundan əlavə, məşhur müğənni bu il ona nə qədər qastrol təklifi gəldiyini və bunların hamısını rədd etdiyini açıqlayıb. Cardi B həmçinin hər şou üçün 1 milyon dollar, ümumilikdə isə 65 milyon dollar təklif edildiyini bildirən bir iş meneceri ilə etdiyi yazışmaların ekran görüntüsünü sosial media hesabında paylaşıb.

Bu açıqlamalarla Cardi B özünün maddi vəziyyətinə dair yayılan şaiyələrə bir növ son qoymuş olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
266 267 218 258 221 270

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.