HASANLY

HASANLY Maraqlı 11-12-2024, 11:36

Qəhvənin qiyməti tarixi zirvəyə çatdı

Qəhvənin qiyməti tarixi zirvəyə çatdı
Qəhvə ilin ən çox tələbat olan məhsullarından birinə çevrilib. Qlobal qıtlıq ehtimalı səbəbindən qiymətlər rekord səviyyəyə yüksəlib.

Loading.Az-ın "Bloomberg"ə istinadən verdiyi məlumata görə, Nyu-Yorkda arabika növü qəhvənin fyuçersləri bir funt (0.45 kq) üçün 3.44 dollara satılır. Bu, 1977-ci ildə qeydə alınmış əvvəlki tarixi maksimumu geridə qoyub.

Qiymət artımının əsas səbəbi Braziliyadakı quraqlıqdır. Bu təbii fəlakət səbəbindən yaxın gələcəkdə qəhvə tədarükünün azalacağı gözlənilir. Bundan əlavə, Vyetnamda daha ucuz olan robusta növünün istehsalına da hava şəraiti mənfi təsir edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
312 278 214 252 252 212

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.