HASANLY

HASANLY İdman 12-12-2024, 13:06

UEFA Avropa Liqası: "Qarabağ" İsveç səfərində "Elfsborq"un qonağı olacaq

UEFA Avropa Liqası: "Qarabağ" İsveç səfərində "Elfsborq"un qonağı olacaq
Bu gün UEFA Avropa Liqasında VI turun görüşlərinə yekun vurulacaq, təmsilçimiz "Qarabağ" İsveç səfərində "Elfsborq"la qarşılaşacaq.

Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, aktivində üç xalı olan və 32-ci pillədə qərarlaşan "köhlən atlar" rəqibi məğlub edərək növbəti mərhələyə yüksəlmə şansını gücləndirmək niyyətindədirlər. Amma dörd xalla 28-ci sırada yerləşən "Elfsborq"la görüşdə bu, heç də asan vəzifə sayılmır.

"Qarabağ"da Bəhlul Mustafazadə və Kevin Medinanın yoxluğu Qurban Qurbanovun işini çətinə sala bilər. "Elfsborq" isə təmsilçimizlə görüşə itkisiz çıxacaq.

Qeyd edək ki, böyük maraqla gözlənilən görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

12 dekabr

UEFA Avropa Liqası

VI tur

Saat 00:00, "Elfsborq" - "Qarabağ"

"Boras Arena"

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
253 206 215 183 214 208

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.