ice berg

ice berg Məşhurlar 12-12-2024, 22:00

“Mükafatı pulla aldınız” - Nadir Qafarzadədən CİDDİ İDDİA

“Mükafatı pulla aldınız” - Nadir Qafarzadədən CİDDİ İDDİA
“Adını da qoydular ki, mükafat verdilər. Vermədilər, pulla aldınız. Bəsdirin hər şeyi pulla aldınız. Siz kimə lazımısınız? Heç yerdə, heç kimə lazım deyilik. Bəlkə də nə vaxtsa lazım olacağıq. İstanbula gedirik, bizi güclə tanıyırlar. Bir az özünüzə gəlin. Çox gülməli görünürsünüz".

Loading.aZ xəbər verir ki, bu fikirləri Əməkdar artist Nadir Qafarzadə öz sosial şəbəkə hesabında paylaşıb.

Müğənni "Altın Kelebek" mükafatlandırma gecəsinə qatılan azərbaycanlı tanınmışları tənqid atəşinə tutub.

"Bir neçə gün əvvəl Moskvada olarkən mənə zəng gəldi. Türkiyə ilə əlaqəsi olan bir xanım təşkilatçı idi. Dedi ki, məni Türkiyəyə mükafat almağa göndərmək istəyir. Cavab verdim ki, ağır yerimi niyə yüngül edim ki? Orada məni kim tanıyır, kimə lazımam? Nə deyib mükafat alacağam? Biz orada kimə lazımıq? Vallah ayıbdır. Nə var desinlər ki, Türkiyədə mükafat alıb. Guya böyük iş oldu. Yenə ev versələr, yaxşı qonorar versələr razılşamaq olar. O mükafatı da pul verib alırsan. Düzdür mənə pul təklif olunmadı. Amma insanda vicdan yaxşı şeydir. Mən nə etdim ki, Türkiyədə mənə mükafat verdilər? Adını da qoydular ki, mükafat verdilər. Vermədilər, pulla aldınız”.

Bu il "Azərbaycanın parlayan ulduzu" nominasiyasını aktrisa Dəniz Tacəddin, aparıcı Fəridə Abdulla, müğənni Rilaya Hüseynzadə olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
277 230 218 224 195 196

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.