HASANLY

HASANLY İdman 15-12-2024, 17:30

Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

Federasiyadan verilən məlumata görə, tədbir iştirakçı komandaların paradı ilə başlayıb.

Ardınca Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov çıxış edib. O, yarışın əhəmiyyətindən danışıb və iştiakçılara uğurlar arzulayıb:

"Çempionat milli komanda üçün böyük önəm kəsb edir. Burada fərqlənən boksçular yığmaya cəlb olunacaqlar. Qoy, ən güclü qalib gəlsin".

Dövlət Himni səsləndirildikdən sonra yarış açıq elan olunub.

Qeyd edək ki, Boks Mərkəzində təşkil olunan çempionatda kişilər 13, qadınlar 5 çəki dərəcəsi üzrə mükafatçıları müəyyənləşəcəklər. Yarışa respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 41 komandanın 200 (178 kişi, 22 qadın) boksçusu qatılıb. Çempionatda qaliblərin adına dekabrın 20-də aydınlıq gələcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
273 293 218 189 229 197

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.