Deniz Çakır xəyalında olan peşədən danışdı
"Yaprak Dökümü" serialında canlandırdığı Ferhunde obrazı ilə yaddaşlara həkk olunmuş Deniz Çakır karyera seçimindən peşman olduğunu sevənləri ilə bölüşüb. Sun.Az türk mediasına istinadən xəbər verir ki, bu günlərdə seriallara çəkilməyən Deniz Çakır teatr layihələrini davam etdirdiyini və yeni layihələrin ssenarilərini oxuduğunu bildirib. Rejissorluğu sevdiyini deyən aktrisa "Universitet illərimə qayıda bilsəydim, məhkəmə tibbi ekspertiza mütəxəssisi olmaq istərdim" deyib.
Aktrisanın bu sözləri sevənləri tərəfindən maraqla qarşılanıb.
Aktrisanın bu sözləri sevənləri tərəfindən maraqla qarşılanıb.






