ice berg

ice berg İdman 19-12-2024, 20:54

İkisi də adlarını “Real”ın tarixinə yazdırdılar

İkisi də adlarını “Real”ın tarixinə yazdırdılar
“Real”ın baş məşqçisi Karlo Ançelotti və veteran futbolçu Luka Modriç “Kral klubu”nun tarixində ən titullu şəxslər olub.

Loading.aZın xarici mediaya istinadən məlumatına görə, bu, italiyalı mütəxəssisin rəhbərlik etdiyi Madrid klubunun dekabrın 18-də FİFA Qitələrarası Kubokun finalında Meksikanın “Paçuka” klubuna qalib gəlməsindən (3:0) sonra məlum olub.

Karlo Ancelotti, keçmiş rekordçu Migel Munyosu (14) geridə qoyaraq, “Real”ın baş məşqçisi kimi 15-ci titulunu qazanıb.

Xorvatiyalı futbolçu Luka Modriç də “Kral klubu” ən çox kubok qazanma rekordunu yeniləyib, indi onun 28 mükafatı var.

39 yaşlı yarımmüdafiəçi komandanın tarixində ən çox medal qazanan futbolçu olub. Dani Karvahal (27) ikinci pilləyə enib, Naço (26) ilk üçlüyü tamamlayır.

“Real” üçün Qitələrarası Kubok 2024-cü ildə qazanılan beşinci tituldur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
324 256 239 240 253 237

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.