ice berg

ice berg İdman 21-12-2024, 14:02

"Sabah" "Abşeron"u məğlub edib

"Sabah" "Abşeron"u məğlub edib
Azərbaycan Basketbol Liqasının VIII turunda "Sabah" "Abşeron"u məğlub edib. Loading.aZ xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində baş tutan A qrupunun matçı Rimas Kurtinaytisin komandasının 94:71 hesablı qələbəsi ilə yekunlaşıb.

VIII turda bu gün daha iki oyun baş tutacaq. "Sərhədçi" İdman Mərkəzində saat 16:00-da "Naxçıvan"la "Sərhədçi" üz-üzə gələcək. "Lənkəran" isə evdə "Quba"nı qəbul edəcək. Bu görüş Lənkəran Olimpiya İdman Kompleksində baş tutacaq.

Qeyd edək ki, VIII turun dünən A qrupunda keçirilən “Neftçi” - NTD görüşü "ağ-qaralar"ın 81:68 hesablı qələbəsi ilə yekunlaşıb. Tura sabah B qrupunda keçiriləcək “Gəncə” - “Ordu”, “Sumqayıt” - “Şəki” matçları ilə yekun vurulacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
254 302 227 237 245 239

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.