HASANLY

HASANLY İdman 21-12-2024, 14:55

Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Neftçi"ni, "Səbail" isə "Zirə"ni qəbul edəcək

Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Neftçi"ni, "Səbail" isə "Zirə"ni qəbul edəcək
Bu gün Azərbaycan Premyer Liqasında XVIII turun ikinci oyun günündə "Turan Tovuz" "Neftçi"ni, "Səbail" isə "Zirə"ni qəbul edəcək.

Loading.Az xəbər verir ki, Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 16:00-da, Bakıda, "ASCO Arena"da baş tutacaq qarşılaşma isə saat 18:30-da start götürəcək.

Xatırladaq ki, ilk oyun günündə "Kəpəz"lə "Sumqayıt" qarşılaşıblar. Oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, turun digər görüşləri dekabr ayının 22-də keçiriləcək. "Şamaxı" "Sabah"ı, "Qarabağ" isə "Araz-Naxçıvan"ı qəbul edəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
247 219 207 192 231 197

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.