ice berg

ice berg İdman 22-12-2024, 13:00

“Real Madrid” Fransa millisinin futbolçusu ilə maraqlanır

“Real Madrid” Fransa millisinin futbolçusu ilə maraqlanır
İspaniyanın “Real Madrid” komandası Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun futbolçusu Nqolo Kante ilə ciddi şəkildə maraqlanır.

Loading.aZ yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə "El Gol Digital" nəşri məlumat yayıb. Madrid təmsilçisi məşqçilər heyəti 33 yaşlı yarımmüdafiəçinin təcrübəsinin gənc futbolçulara kömək edəcəyinə inandığından qış pəncərəsi dövründə fransalının transferini prioritet hesab edir. Oyunçu özü də İspaniya nəhənginə keçməyə müsbət yanaşır.

Qeyd edək ki, Nqolo Kante hazırkı komandasının heyətində bu mövsüm 13 oyunda, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt" portalı onun dəyərini 7 milyon avro olaraq qiymətləndirir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
218 259 207 196 182 185

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.