amon

amon İdman 22-12-2024, 10:24

"Barselona" antirekordunu təkrarlayıb

"Barselona" antirekordunu təkrarlayıb
İspaniyanın "Barselona" klubu antirekordunu təkrarlayıb.

"Loading.Az"ın məlumatına görə, bu, Kataloniya təmsilçisinin La Liqanın XVIII turunda doğma meydanda "Atletiko"ya uduzması (1:2) ilə reallaşıb.

Komanda yerli çempionatda evdə keçirdiyi ardıcıl üç matçda məğlub olub. 1965 və 1987-ci illərdə də eyni nəticə qeydə alınıb.

Qeyd edək ki, "Barselona" daha əvvəl doğma meydanda "Las Palmas"a (1:2) və "Leqanes"ə (0:1) yenilib. Hans-Diter Flikin baş məşqçisi olduğu kollektiv hazırda La Liqada 19 oyundan sonra 38 xalla ikinci pillə qərarlaşıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
282 225 253 223 209 230

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.