HASANLY

HASANLY İdman 24-12-2024, 16:07

"Çelsi"nin sabiq futbolçusu karyerasını Braziliyada davam etdirəcək

"Çelsi"nin sabiq futbolçusu karyerasını Braziliyada davam etdirəcək
"Çelsi" klubunun sabiq hücumçusu Oskar Braziliya klubu ilə razılıq əldə edib.

Loading.Az xəbər verir ki, Çinin "Şanxay Port" klubu ilə müqaviləsi başa çatan Oskar karyerasını ölkəsində davam etdirəcək.

Bu barədə Braziliya mətbuatı məlumat yayıb.

Oskarın "San-Paulu"ya keçəcəyi gözlənilir. Tərəflər arasında 3 illik müqavilə ilə bağlı razılığın əldə olunduğu bildirilir.

Qeyd edək ki, Oskar 2017-ci ilin yanvarında "Çelsi"dən "Şanxay Port"a 60 milyon avro qarşılığında transfer olunmuşdu. Braziliya millisinin sabiq üzvü olan 33 yaşlı futbolçu bu müddət ərzində Çin təmsilçisinin heyətində meydana çıxdığı 248 rəsmi matçda 77 qol və 141 məhsuldar ötürmə ilə yadda qalıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
310 322 277 303 247 247

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.