ice berg

ice berg İdman 27-12-2024, 13:35

Azərbaycan idmançıları rekord sayda medal qazanıblar

Azərbaycan idmançıları rekord sayda medal qazanıblar
Azərbaycan idmançıları Avropa və dünya çempionatlarında, kubok yarışlarında, digər rəsmi beynəlxalq turnirlərdə ümumilikdə 1718 medal qazanıblar. Bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Bu, Azərbaycan idmanı tarixində yeni rekord göstəricidir.

Mükafatların 666-sı qızıl, 465-i gümüş, 587-si bürünc medaldır. Olimpiya idman növlərində 827, qeyri-Olimpiya növlərində 854, paralimpiya idman növlərində isə 37 medal əldə edilib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi tərəfindən il ərzində Azərbaycan idmançılarının 266 beynəlxalq yarışda və 103 təlim-məşq toplanışında iştirakı təmin olunub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
239 256 195 183 245 223

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.