ice berg

ice berg İdman 29-12-2024, 23:55

“Mançester Siti” kapitanın əvəzləyicisini tapıb

“Mançester Siti” kapitanın əvəzləyicisini tapıb
İngiltərənin “Mançester Siti” komandası kapitanı Kayl Uolkerin əvəzləyicisini müəyyən edib.

Loading.aZ xarici qaynaqlara istinadən xəbər verir ki, “şəhərlilər” “Nottinqem Forest”in müdafiəçisi Ola Ainanı transfer edəcək. Baş məşqçi Xosep Qvardiola müdafiənin hər iki cinahında oynamaq bacarığı olan futbolçunu komandasında görmək istəyir.

Qışda nigeriyalı oyunçu və komanda arasında müqavilə şərtləri ilə bağlı danışıqlar olacaq.

Ola Ainanın “Nottinqem Forest”lə sözləşməsi 2025-ci ilin yayında başa çatacaq. O, bu mövsüm 18 oyunda 2 qolla yadda qalıb.

Qeyd edək ki, Kayl Uolkerin “Mançester Siti” ilə müqaviləsi növbəti mövsümün sonunda yekunlaşacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
262 333 243 261 230 234

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.