HASANLY

HASANLY Xəbərlər 30-12-2024, 12:04

2024-cü ildə ən çox qazanan və "yoxsullaşan" milyarderlər

2024-cü ildə ən çox qazanan və "yoxsullaşan" milyarderlər
"Business Insider" 2024-cü ildə sərvəti ən çox azalan milyarderlərin siyahısını dərc edib.

Loading.Az xəbər verir ki, ən böyük lüks mallar istehsalçısı LVMH-nin baş direktoru Bernar Arno birinci yeri tutub. Onun sərvəti 31 milyard dollar azalaraq 176 milyard dollara düşüb.

"L"Oréal"ın varisi Fransua Bettankur-Meyers 25 milyard dollar itirib. Çində satışların azalması səbəbindən şirkətin səhmləri ilin əvvəlindən 26% ucuzlaşıb.

Üçüncü yerdə 23 milyard dollar yoxsullaşan meksikalı milyarder, telekommunikasiya nəhəngi "Amóvil"in rəhbəri Karlos Slimdir.

Onun ardınca bu il səhmləri 30%-dən çox ucuzlaşan onlayn pərakəndə satış platforması "Temu"nun ana şirkəti "Pinduoduo"nun təsisçisi Kolin Huan gəlir. Huanın sərvəti 17 milyard azalıb.

İlk 5-liyi 14 milyard dollar itirmiş "Gucci", "Balenciaga", "Saint Laurent", "Bottega Veneta" və digər brendlərin daxil olduğu "Kering" lüks qrupunun rəhbəri Fransua Pino tamamlayır. Onun şirkətinin səhmləri 40% ucuzlaşıb.

Son bir ildə ən çox qazanan milyarderlərin reytinqində ilk beş nəfər texnologiya sektorundan gəlir - İlon Mask (+239 milyard dollar), Mark Zukerberq (+85 milyard), "Nvidia"nın baş direktoru Censen Huan (+78 milyard), "Oracle"ın qurucusu Larri Ellison (+70 milyard) və "Amazon"un həmtəsisçisi Ceff Bezos (+69 milyard).

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
284 294 228 233 239 286

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.