ice berg

ice berg İdman 30-12-2024, 18:05

Məhəmməd Salah Premyer Liqada ən çox məhsuldar ötürmə verən 10-cu futbolçu olub

Məhəmməd Salah Premyer Liqada ən çox məhsuldar ötürmə verən 10-cu futbolçu olub
İngiltərənin "Liverpul" klubunun üzvü Məhəmməd Salah Premyer Liqa tarixində ən çox məhsuldar ötürmə verən 10-cu futbolçu olub. Loading.aZ xəbər verir ki, 32 yaşlı hücumçu buna "Vest Hem"ə qalib gəldikləri (5:0) XIX turun oyununda yiyələnib.

Salah qarşılaşmada 1 qol və 2 assistlə yadda qalıb. Misirli forvard çempionatdakı məhsuldar ötürmələrinin sayını 82-yə çatdırıb.

Premyer Liqada bu göstəricidə rekord "Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Rayan Giqqzə məxsusdur - 162 assist.

Qeyd edək ki, Məhəmməd Salah cari mövsüm Mersisayd təmsilçisinin heyətində bütün turnirlərdə 26 oyun keçirib, 20 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
327 317 249 238 277 245

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.