ice berg

ice berg İdman 31-12-2024, 15:16

Taekvondoçularımızın builki uğurları

Taekvondoçularımızın builki uğurları
Azərbaycan taekvondoçularının 2024-cü ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı məlum olub. Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, idmançılarımız ümumilikdə yarışlarda (27 qızıl, 25 gümüş və 52-i bürünc) 104 medal qazanıblar.

Ötən il parataekvondo üzrə keçirilən mötəbər yarışlarda isə təmsilçilərimiz 4-ü qızıl, 3-ü gümüş, 4-ü bürünc medal olmaqla, ümumilikdə 11 medala sahib çıxıblar.

İlin ən böyük uğurlarından biri Qaşim Maqomedovun (58 kiloqram) "Paris-2024" Yay Olimpiya Oyunlarında qazandığı gümüş medal olub.

Parataekvondo üzrə İmaməddin Xəlilov (70 kiloqram, K44) və Sabir Zeynalov (58 kiloqram, K44) ölkəmizə Paralimpiya Oyunlarının bu növ üzrə ilk medallarını qazandırıblar.

2024-cü ildə Azərbaycan Taekvondo Federasiyası daha bir yeniliyə imza atıb. Belə ki, federasiyanın təşkilatçılığı ilə kiçikyaşlı taekvondoçular arasında ilk dəfə Azərbaycan birinciliyi təşkil olunub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
282 253 218 245 293 228

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.