Mira

Mira Müxtəlif 3-09-2017, 10:03

YouTube-dan əla yenilik

YouTube-dan əla yenilik



İstifadəçiləri video portalda uzun müddətə saxlamaq üçün YouTube servisə video yükləyənlərə yeni funksiya təqdim edir.

End Screens adlı yeni funksiya videonun sonuncu 5-20 saniyəsinə mobile-friendly iikonlarını əlavə etməyə imkan verəcək. Həmin ikonlar isə istifadəçini müəllifin digər videolarına, kanalına və ya tərəfdaşın videolarına yönəldəcək. Həmçinin reklam məqsədli müəyyən mənbələrin linklərini də əlavə etmək imkanı olacaq.

Daha əvvəllər videolara linklər əlavə etmək üçün müəlliflər Annotations adlı tətbiqdən istifadə edirdilər. Artıq buna ehtiyac yoxdur.

"Buna artıq ehtiyac yoxdur. Belə ki, yeni End Screens-ləri yaratmaq həm çox asandır, həm də onların köməkliyi ilə müəlliflər mobil və web versiyalarda daha çox baxış sayı yığa biləcəklər", - deyə bildirilib. Özündə sayca 4 element daşıya biləcək ikonu videonun son 5-20 saniyəsi ərzində istənilən yerdə yerləşdirmək olacaq. Oxu ikona yaxınlaşdıran zaman o genişlənərək daxilində olan linklər barəsində daha ətraflı məlumatları əks etdirəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
556 638 518 591 507 510

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.