ice berg

ice berg İdman 2-01-2025, 19:00

“Mançester Yunayted” sponsorunu itirə bilər

“Mançester Yunayted” sponsorunu itirə bilər


“Mançester Yunayted” İngiltərə Premyer Liqasından aşağı düşərsə, idman geyimləri və ayaqqabı istehsalçısı “Adidas”la əsas sponsorluq müqaviləsini itirə bilər.

Loading.aZ xarici mediaya istinadla bildirir ki, ümumi məbləği 900 milyon funt-sterlinq (hazırkı məzənnə ilə ~ 1,088 milyard avro) olan sponsorluq müqaviləsinin şərtlərinə əsasən, “Mançester Yunayted” İngiltərə futbolunun yüksək divizionunda yerini itirərsə, şirkət müqaviləni ləğv etmək hüququna malikdir. Bildirilir ki, “Qırmızı şeytanlar” Çempionşipə düşərsə, “Adidas”ın ikinci variantı illik ödənişləri iki dəfə azaldaraq 450 milyon funt-sterlinqə çatdırmaqdır.

Premyer Liqanın hazırkı turnir cədvəlində “Mançester Yunayted” 19 oyundan sonra 22 xalla 14-cü yerdədir. Mankunianların aşağı liqa zonasından üstünlüyü 7 xaldır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
290 262 214 234 258 228

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.