ice berg

ice berg Maraqlı 3-01-2025, 08:00

Dərin yuxu yaddaşı möhkəmləndirir – maraqlı kəşf

Dərin yuxu yaddaşı möhkəmləndirir – maraqlı kəşf
Berlin Çarite Universitetinin Neyrofiziologiya İnstitutunun tədqiqatçısı Franz Xaver Mittermeier, Nature Communications jurnalında dərc olunan araşdırmasında araşdırmada dərin yuxunun yaddaşın möhkəmlənməsinə kömək etdiyini izah edib.

Loading.aZın məlumatına görə, bu araşdırma üçün Mittermeier və onun komandası 45 tədqiqat iştirakçısından götürülmüş bütöv neokorteks toxumasının - beyin qabığının bir hissəsi olan nümunələrdən istifadə edib.

“Neokorteks beynin ən xarici hissəsidir. Beynin şəklini gördüyümüz zaman qoz formalı səth olan neokorteksə baxırıq. 16 milyard neyron (elektrik aktiv beyin hüceyrələri) olan bir quruluşdur. Neokorteks insanlarda əhəmiyyətli dərəcədə böyüyür və bizi insan edən idrak qabiliyyətlərinin inkişafında mərkəzi rol oynayır: dil, təxəyyül, yaddaş, emosiyalar və s.”, - deyə alim izah edib.

Tədqiqat daxilində alimlər müəyyən ediblər ki, dərin yuxu zamanı beyində yaranan yavaş elektrik dalğaları neokorteksdəki neyronlar arasında sinaptik əlaqələri gücləndirməyə kömək edir və onu yaddaşın formalaşmasına daha həssas edir.

Onun sözlərinə görə, bu şərtlər neokorteksdəki çoxminlərlə neyronların elektrik gərginliyindəki sinxron dəyişikliklərdən yaranır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
262 312 225 252 244 198

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.