AzizA

AzizA Texnologiya 6-01-2025, 19:00

Tibb dünyasında İNQİLAB: Qırıq sümükləri birləşdirən gel hazırlandı

Tibb dünyasında İNQİLAB: Qırıq sümükləri birləşdirən gel hazırlandı
Tibb dünyasında İNQİLAB: Qırıq sümükləri birləşdirən gel hazırlandı


Cənubi Koreyalı alimlər qırıq sümüklərin müalicəsində inqilabi hidrogel hazırlayıblar.

Bu gel, sınıq sümüyə tətbiq edildikdən sonra işıq mənbəyinə məruz qaldıqda dərhal sərtləşir və sümüyü birləşdirir. Eyni zamanda bədənin təbii bərpa prosesini dəstəkləyərək sümük toxumasını yenidən formalaşdırır və zamanla tamamilə əriyir.

Siçanlar üzərində aparılan təcrübələrdə gelin qırıq sümüklərin sürətli sağalmasına kömək etdiyi sübut olunub. İnsan üzərində sınaqların başlaması gözlənilsə də, bu texnologiyanın sümük xəstəliklərinin müalicəsində inqilab yaradacağı və ənənəvi üsullara alternativ olacağı bildirilir.

Araşdırmaya rəhbərlik edən Prof. Hyung Joon Cha, bu gelin sümük toxumasının bərpasında mühüm rol oynayacağını vurğulayıb. Texnologiya, qısa sağalma müddəti və az ağrılı müalicə ilə yeni imkanlar təqdim edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
280 285 280 281 286 261

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.