Rehimoffa

Rehimoffa Hekayələr 2-09-2017, 12:44

Bir Qadını "Adam" Kimi Sevin!

Bir Qadını "Adam" Kimi Sevin!
Bir Qadını "Adam" Kimi Sevin!




Heç bir Qadının Ürəyi dəmirdən deyil ay bəşər övladları! O'da sevə bilər,incinə bilər,diqqət görmək istər qarşı cinsdən. Bunları Qadına vermək yəni bu qədər mi imkansızdı?! Qadın sizdən var-dövlət,villalar,maşınlar,luyks həyat mı istədi arxanızı onlara çevirdiniz? Təbii ki onları istəyən,üstün tutan qadınlarda var amma sadəcə sevgiyə,qayğıya istək duyan və istəkləri cavabsız qalan Qadınla milyonlarladı. Etmiyin Bəylər,qıymıyın,qırmıyın siznçün hər şeyi gözə alan varlıqları! Yox əgər sevginidə verə bilmiyəcəm deyirsizsə tamam o zaman nə deyə girirsiz Qadının ürəyinə?! Qarşınızda diz çöküb ağlayarkən görəndə zövq mü alırsız? Qanınızda mı var bu Əclaflıq? Adi bir sözdən,kiçik bir jestdən belə sevinən bir Qadını üzmək niyə? A kişi sevə bilmirsən çıx rədd olda həyatınnan,nə qazandırır axı Qadının ürək ağrısı,gözyaşları sənə?! İnan ki bunları etməklə Qadının Ahından başqa bir şey almıyacağsız. Bir Qadına sevə-sevə belə "Sənə Nifrət Edirəm" sözünü dedirtmiyin,Səhərə qədər yastığın altında gözləri qızaranadək ağlamasına səbəb olmuyun...Dəfələrlə sizə şans verirsə heç olmasa birində özünüzü doğrultmayı sınayın, "Onsuzda nə etsəm bağışlayacaq" deyib keçmiyin. Sizi sevib deyə hər dəfəsində şans verəcəyini düşünüb hər murdallığı etməyin! Var sayağ bu dünyada cəzasını görmədiz, ama Allah qarşısında nə cavab verəcəksiz?Düşündünüz mü? O Qadının sizinçün tökdüyü hər damla yaş sizi cənnətdən get gedə dahada uzaqlaşdırır...



P.S Yazı Özümə Məxsusdu. Elə indi "Mehmet Erdem-Acıyı Sevmek Olur mu?!" Mahnısını dinləyərkən içimdən keçdi Yazdım. Və təbii ki yazı hər kəsə aid edilmir,istisnalar var.



Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
722 773 657 705 810 665

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.