ice berg

ice berg Məşhurlar 7-01-2025, 10:00

"Doqquz ay gecikdirib, sonda imtina verdilər" - İlkin Həsəni Azər Baxşəliyevdən danışdı

"Doqquz ay gecikdirib, sonda imtina verdilər" - İlkin Həsəni Azər Baxşəliyevdən danışdı
Mərhum aktyor Azər Baxşəliyevlə bağlı dostu İlkin Həsəni maraqlı fakt açıqlayıb.

Loading.aZın məlumatına görə, Xəzər TV-də qonaq olan İlkin Həsəni deyib ki, Azər Baxşəliyevə böyrək köçürülməsi üçün donor tapılıbmış:

"Onu sevən tamaşaçılardan biri təmannasız donor olmaq istəyirdi. Ötən ilin mart ayından etibarən bununla bağlı sənədləşmə işləri başlamışdı. Son illərdə transplantasiya əməliyyatları üçün etika komissiyası yaradılıb. Analizlər götürüldü, sənədləşmə gedirdi. Hər dəfə soruşanda deyirdi ki, gələn ay cavab deyəcəklər. Bu proses səhv etmirəmsə, noyabrın sonuna qədər uzandı. Onda da Azərə imtina cavabı gəldi. Hansısa problem çıxdı və imtina cavabı gəldi. Bir az da bu olay Azəri sarsıtdı..."

Qeyd edək ki, mərhum aktyor böyrək çatışmazlığından əziyyət çəkib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
367 398 378 394 373 339

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.