AzizA

AzizA Texnologiya 9-01-2025, 15:00

Yeni “iPhone”un çıxacağı tarix məlum oldu

Yeni “iPhone”un çıxacağı tarix məlum oldu
Yeni “iPhone”un çıxacağı tarix məlum oldu


"Apple" korporasiyası bu ilin yaz aylarında yeni nəsil "iPhone SE" büdcə modelini ictimaiyyətə təqdim etməyə hazırlaşır.

Bunu tanınmış insayder Mark Qurman "X" sosial şəbəkə hesabında yazıb.

Məlumata görə, büdcə üçün əlverişli olan yeni "iPhone SE" iOS 18.3 əməliyyat sistemi əsasında hazırlanır. Əməliyyat sisteminə yenilənmənin bu ilin aprel ayında gələcəyi və məhz həmin əsnada "Apple" şirkətinin yeni smartfonu təqdim edəcəyi gözlənilir.

Mütəxəssis eyni zamanda yeni "iPad 11" tabletinin iPadOS18.3 əməliyyat sisteminin buraxılışı ilə birgə ictimaiyyətə təqdim olunacağını iddia edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
352 362 294 299 286 298

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.