Kerimcan Durmazın aylıq gəliri 24 min manatdır
Qeyri-qanuni mərc oyunlarını təşviq etmək ittihamı ilə həbs edilən sosial media fenomeni Kərimcan Durmazın Sülh Cəza Məhkəməsində verdiyi ifadəsi üzə çıxıb. Sun.Az türk mediasına istinadən xəbər verir ki, qeyri-qanuni mərc oynamağı təşviq etmək ittihamı ilə həbs edilən sosial media fenomeni Kerimcan Durmazın dindirilmə zamanı aylıq gəlirinin 24 min manat olduğunu bildirilib.
İstanbul Respublika Prokurorluğunun apardığı istintaq çərçivəsində həbs edilən Durmaz Sülh Cəza Məhkəməsində verdiyi ifadəsində ittihamları qəbul etməyib.
Maltada konsert verərkən arxasına çəkilən LED ekranlardakı reklamlarla heç bir əlaqəsi olmadığını iddia edən Durmaz, "Konsertin ilk 40 dəqiqəsində arxamda mənim adım olan bir loqo var idi. Son 20 dəqiqədə sözügedən saytlar mənim xəbərim olmadan reklam edildi, mən bunu fərq etdikdən sonra sosial mediadan istifadə etməyə başladım. Media hesablarımda bununla bağlı heç nə paylaşmadım" ifadəsində bildirib.