ice berg

ice berg Hamiləlik 15-01-2025, 15:00

Fiziki aktivliyin hamilələr üçün faydası NƏLƏRDİR? - HƏKİM DANIŞDI

Fiziki aktivliyin hamilələr üçün faydası NƏLƏRDİR? - HƏKİM DANIŞDI
Fiziki aktivlik hamiləlik və zahılıq dövründə qadın və onun uşağı üçün çox faydalıdır.

Loading.aZ xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da həkim fizioterapevt Çinarə Hacıyeva açıqlayıb.

Onun sözlərinə görə, sağlam qadın hamiləlik dövründə həftədə ən azı 150 dəqiqə sürətli yeriş kimi fiziki aktivliklə məşğul olmalıdır:

“Bunu təbii ki, bir dəfəyə deyil, həkimin nəzarəti ilə həftədə 3 dəfə 10-15 dəqiqədən başlayaraq gündəlik 30-45 dəqiqəyə qədər artırmaqla etmək olar.

Fiziki aktivlik, vaxtından əvvəl doğuş və düşük ehtimalını azaldır. Lakin hamilə qadında vaxtından əvvəl doğuş, cift gəlişi, uşaqlıq boynunun zəifliyi, yüksək qan təzyiqi, qanaxma olarsa, ehtiyatlı olmalı, mütləq həkimdən məsləhət almalıdır. Fiziki aktivlik zamanı bədəninizin istilik durumunun çox artmamasına diqqət yetirmək lazımdır. Kifayət qədər maye qəbul edin və isti havada fiziki aktivlikdən çəkinin”.

Fizioterapevt sonda qeyd edib ki, fiziki aktivliklə yanaşı hamilə xanımlar qidalanmalarına da xüsusi diqqət yetirməlidirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
525 413 447 376 353 447

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.