Oreo-Bluberry Cheesecake
Daban:
90 qram kremi çıxarılmış Oreo peçenyesi
30 qram əridilmiş kərə yağı
Oreo peçenyesini ovuntu halına gətirin və əridilmiş yağla qarışdırın. 16 sm dm ölçülü qəlibin içinə daban kimi presləyin. Yarım saat soyuducuda saxlayın.
Mavigilə püresi:
120 qram mavigilə
1 dolu xörək qaşığı şəkər tozu
1 çay qaşığı su
Mavigilələri bir qazana əlavə edin və zəif odda əzərək, püre halına gələnə qədər bişirin. Təxminən 2-3 dəqiqə. Sonra süzgəcdən keçirib soyumağa qoyun.
Pendirli hissə:
250 qram mascarpone pendiri
150 qram qatılaşdırılmış süd
200 qram 33%li qaymaq
5 qram jelatin
25 qram su (jelatini açmaq üçün)
Bir qaşıq vanil ekstraktı
2-3 xörək qaşığı mavigilə püresi(+-)
İlk öncə jelatini su ilə qarışdırıb şişməyə qoyun. Pendir, qaymaq, qatılaşdırılmış süd və vanili birlikdə qatılaşana qədər çalın. Jelatini mikrodalğalı sobada əridib pendirli kütləyə əlavə edib qarışdırın. Püreni də əlavə edib son dəfə ehmalca qarışdırın. Kütləni qəlibin içinə boşaldıb, üzərini səliqəli şəkildə düzləşdirin. 5-6 saat soyuducuda saxlayın.
Üzəri üçün:
90 qram ağ şokolad
35 qram 33%li qaymaq
İstəyə görə mavigilə püresi
Qaymağı isidin və içinə şokoladı əlavə edin. Şokolad tam əriyənə qədər qarışdırın. İstəyə görə püre əlavə edib yaxşıca qarışdırın. Bərkimiş pendirli kütlənin üzərinə töküb hər tərəfinə yayın. Əlavə bir neçə saat saxlayın və zövqə görə bəzəyin. Soyuq halda nuş edin.