"Mançester Yunayted" Premyer Liqa klubları arasında avrokubokların rekordçusu seçildi
“Mançester Yunayted” klubu İngiltərə komandaları arasında avrokuboklar səviyyəsində 90-cı dəqiqədən sonra qazanılan qollara görə birinci yeri tutub. Bu vaxta qədər mankunianlılar səkkiz belə oyun keçirib.
Loading.aZın məlumatına görə, yanvarın 24-nə keçən gecə “qırmızı şeytanlar” Şotlandiya "Reyncers"nin qapısına qələbə qolunu vurmaqla Avropa turnirlərində həlledici qol rekorduna imza atıb.
"Yaxşı oynadıq və topa daha yaxşı sahib olduq. Qarşılaşmaya yaxşı başladıq, sonra səhv qərarlar üzündən oyuna nəzarəti itirdik, amma uşaqlar yaxşı çıxış etdilər. İkinci qola çox yaxın idik, çoxlu imkanlar oldu. Mükəmməl oynamırıq, oyunçular arasındakı əlaqəni görə bilirik, doğru anlarda daha soyuqqanlı olmalıyıq, amma oyunçuları qorumalı və bu anda hər kəsin vacib olduğunu göstərməliyik. Avropa yarışlarında hər şey tamam fərqlidir", - baş məşqçi Ruben Amorim deyib.
"Mançester Yunayted"in portuqaliyalı yarımmüdafiəçisi Bruno Fernandeş Avropa Liqası oyununun 92-ci dəqiqəsində komandasının qələbə qolunu vurub.







