Okaidi

Okaidi Maraqlı 4-02-2025, 10:20

Güllərin Şahı qızılgül

Güllərin Şahı qızılgül
İnsanlar ad günündə və bayram günlərində yaxınlarına adətən nə bağışlamağa çalışırlar? Çox vaxt bir dəstə gül, daha çox isə qızılgül dəstəsi.


Güllərin şahı sayılan qızılgül o qədər sevilir ki, dünyanın bir çox ölkələrində, o cümlədən İngiltərə, ABŞ və İranda milli gül sayılır. Qızılgül ləçəklərindən hazırlanmış dadlı mürəbbə Azərbaycanda çay süfrələrinin bəzəyidir. Yabanı qızılgülün bəzi sortlarına hətta Şimal Qütb Dairəsində təsadüf edilir. Mədəniləşdirilmiş qızılgülün yaşı təqribən 5000 ildir. Hazırda bu əsrarəngiz bitkinin 300-ə yaxın növü və 3000 sortu vardır.


Uşaqlar, dünyada ən qədim qızılgül kolunun Almaniyada bitdiyini bilirsinizmi? Həmin qızılgül kolu artıq 1000 ildir ki, Hildeshaym şəhəri kilsəsinin yanında bitir. Onun hündürlüyü az qala kilsənin dam örtüyünə çatır. Si adlı çox maraqlı qızılgül sortunun qönçələrinin ölçüsü çəltik dənəsi boydadır.


Bir çoxlarınız çay qızılgülü barədə eşitmisiniz. Onu rənginə görə deyil, təzə dəmlənmiş yüngül çay ətri gəldiyi üçün belə adlandırmışlar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
358 323 247 289 274 274

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.