The_Chelebi

The_Chelebi Məşhurlar 14-02-2025, 09:00

Aşıq Zülfiyyə restoranını satişa çıxartdı

Aşıq Zülfiyyə restoranını satişa çıxartdı
Bu restoranı qurmaq üçün böyük bir yükün altına girdim, borca düşdüm".

Aşıq Zülfiyyə İbadova restoran biznesindən danışarkən deyib.

Aşıq iki il borc ödəyəcəyini bildirib:

"İki illik kredit götürdüm. Bu saat kimdə bu qədər pul var ki, hamı işini kreditlə görür. Nağd olsaydı, nə var idi ki... Hamı hər şeyi hazır görür. Heç kəs çəkdiyimiz əziyyəti görmür. Kim nə istəyir yazsın, o qədər paxıllıq edənlər var ki... Daha demirlər ki, nə ağırlığında borcun altına girib".

Aşıq ikinci restoranın birincidən fərqini açıqlayıb:

"Bu dəfə böyük bir iş qurdum, hələ tezdir danışmaq. Təzə başlanılıb. Toy üçün əlverişli deyil, balacadır, əsl banketlər üçündür. Nişan, ad günü, xınayaxdı məclisləri üçün daha münasibdi. Birinci restoranı bağlamışam. Onu satacağam, ya da icarəyə verəcəm. Kim istəyir müraciət edə bilər".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
310 343 150 127 175 137

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.