ice berg

ice berg Avto Dünya 15-02-2025, 15:00

Maşını az yanacaqla sürməyin! - DYP rəsmisi 4 ziyanı AÇIQLADI

Maşını az yanacaqla sürməyin! - DYP rəsmisi 4 ziyanı AÇIQLADI
Avtomobili az yanacaqla idarə etmək bir sıra fəsadlara yol aça bilir.

Loading.aZ xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev özünün sosial şəbəkə hesabında bildirib. O, sürücülərə nəqliyyat vasitəsini az yanacaqla idarə etməməyi tövsiyə edərək, bunun hansı fəsadlara gətirib çıxaracağını sadalayıb:

"Bu hal yolun ortasında benzinsiz qalmaq riskindən əlavə, avtomibilinizdə aşağıdakı riskləri də yarada bilər:

1. Yanacaq Nasosuna Ziyan

Yanacaq nasosu benzin və ya dizellə soyuyur və yağlanır. Çən boş olanda, nasos hava çəkməyə başlayır və zədələnə bilər.

2. Yanacaq Filtrinin və İnjektorların Zibil ilə Dolu Olması

Çənin dibində zamanla çöküntülər yığılır. Yanacaq az olduqda, nasos dibdən bu çöküntüləri çəkə bilər və filtrin tıxanmasına, hətta injektorların sıradan çıxmasına səbəb ola bilər.

3. Mühərrikin Sarsıntılı İşləməsi

Az yanacaq olduqda avtomobilin mühərriki bəzən "boğulma" kimi simptomlar göstərə bilər. Bu, mühərrikin səmərəsiz işləməsinə və vaxtından əvvəl aşınmasına səbəb ola bilər.

4. Kondensasiya Problemi

Xüsusilə soyuq havalarda, yanacaq çəni çox boş olanda içərisində nəmlik və su buxarı əmələ gələ bilər. Bu da yanacaq sistemində paslanmaya və işləmə problemlərinə gətirib çıxara bilər.

Tövsiyə olunur ki, yanacaq çəni tam boşalmadan doldurulsun və həmişə ən azı çənin dörddə biri dolu olsun".

1. Yanacaq Nasosu2. Yanacaq Filtrinin və İnjektorların Zibil ilə Dolu Olması3. Mühərrikin Sarsıntılı İşləməsi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
344 329 190 174 191 169

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.