ice berg

ice berg İslam Dini 16-02-2025, 20:00

Qiyamət gününün Peyğəmbəri (s) sevindirən səhnəsi

Qiyamət gününün Peyğəmbəri (s) sevindirən səhnəsi
Ənəs ibn Malik rəvayət edir ki, bir gün səhabələr Həzrət Mühəmməd Peyğəmbərlə (s) söhbət edirdilər. Birdən o həzrət gülümsədi, hətta dişləri göründü. Ömər ibn Xəttab niyə güldüyünün səbəbini soruşanda Peyğəmbər buyurdu: “Allah qiyamət gününün belə bir mənzərəsini mənə göstərdi. Ümmətimdən iki nəfər Allahın qüdrət dərgahının qarşısında durar. Onlardan biri deyər: “Allahım, bu din qardaşımın boynunda mənim haqqım var. Haqqımı ondan al”. Allah buyurar: “Sənin haqqını bundan necə alım ki, bunun əməl tərəzisində savabı qalmayıb”. O adam deyər: “Onda mənim günahlarımdan bir az götürüb ona yaz”. Bu yerdə Peyğəmbərin gözləri yaşardı, buyurdu: “O gün çox dəhşətli olacaq. İnsanlar çox istəyəcəklər ki, günahları azalsın. Allah-təala haqqını tələb edən adama buyurar ki, gözlərini qaldırıb cənnətə tərəf baxsın. O adam baxar və deyər: “Allahım, mən qızıldan tikilmiş şəhər görürəm, içində ləl-cəvahiratla bəzənmiş qızıl qəsrlər var.

Bu şəhər hansı peyğəmbərin, ya siddiqin (doğruculun), ya da şəhidindir?”. Allah buyurar: “Bu məkan onu qazananlar üçündür”. O adam deyər: “Ora kim sahib olacaq?”. Allah buyurar: “O gözəl məkana sən də sahib ola bilərsən”. Adam soruşar: “Necə, hansı yolla?”. Allah cavab verər: “Öz din qardaşını bağışlamaqla”. Həmin adam söyləyər: “Yarəbbi, mən onu bağışladım”. Allah buyurar: “Elə isə, din qardaşının əlindən tut, hər ikiniz cənnətə daxil olun”. Sonra Həzrət Peyğəmbər buyurdu: “Allahdan qorxun, öz aranızı (münasibətlərinizi) düzəldin. Allah-təala özü müsəlmanların arasını düzəldir (yəni onların bir-birini bağışlamasına vasitə olur)”. [Hakim Nişaburi, əl-Müstədrək, c.4, səh.576].

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
494 388 278 266 281 242

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.