ice berg

ice berg Maraqlı 5-03-2025, 16:40

Niyə insanlar özləri özlərini qıdıqlayanda gülmürlər

Niyə insanlar özləri özlərini qıdıqlayanda gülmürlər
Özlərini qıdıqlamağa çalışarkən, demək olar ki, bütün insanlar gülmür. Bu, beyinin insanın özünün yaratdığı toxunuşlara daha az aktiv reaksiya verməsi və həmçinin bu cür hərəkətlərin nəticəsini "proqnozlaşdırması" ilə əlaqədardır.

Loading.aZın məlumatına görə, bu barədə Stenford Universitetinin neyrobioloqu Devid İqlman Live Science-a danışıb.

Alim izah edib ki, beyin artıq gözlənilən, proqnozlaşdırıla bilən qıdıqlanma hissi haqqında bilir və onu “azaldır”.

…Hər hansı bir hərəkət etdiyiniz zaman, beynin mesajların ötürülməsinə cavabdeh olan əsas motor korteksi, gəlmək üzrə olan sensor məlumatlara hazırlaşmaq üçün əmrin bir nüsxəsini –“efferent surəti”-ni bir çox digər sahələrə göndərir.

Bunu neyrobioloq deyir.

Həmçinin, siqnalların surətləri eyni vaxtda daxil olan sensor məlumatı emal edən somatosensor korteksə və vizual siqnalların qəbulundan məsul olan vizual korteksə göndərilir. Bu, bədənin əvvəlcədən toxunmağa "hazırlanmasına" imkan verir.

İnsanların öz toxunuşlarını xarici toxunuşlardan daha az intensiv qəbul etdikləri qeyd olunur. Ancaq bu təsir psixoloji xüsusiyyətlərlə əlaqəli deyil - beynin neyroimoqrafiyası orqanın insan orqanizminin öz-özünə yaratdığı hisslərə daha zəif reaksiya verdiyini təsdiqləyir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
254 275 192 203 161 159

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.