ice berg

ice berg Məşhurlar 7-03-2025, 16:00

"Komedixana"nın aktrisasının atasına hökm oxundu

"Komedixana"nın aktrisasının atasına hökm oxundu
Dələduzluqda təqsirləndirilən "Sosial Adaptasiyanın İnkişafına Yardım" İctimai Birliyinin sədri Şahid Qurbanova hökm oxunub.

Loading.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.1 (Dələduzluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (Dələduzluq - təkrar törədildikdə), 178.2.3 (Dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə mühakimə olunan Şahid Qurbanova 2 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

İş materiallarından məlum olur ki, Şahid Qurbanov bir neçə nəfərə qarşı dələduzluq əməli törədib. O, Elxan Ələddin oğlu Qasımovu Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək adı ilə 10 min manat pulunu ələ keçirib.

İlham İslam oğlu Məmmədovdan 9 min manat, Akif Rəhim oğlu Akiflidən isə 14 min 900 manat alaraq, işə düzəldəcəyini və onları mənzillə təmin edəcəyini vəd edərək müxtəlif məbləğlərdə ziyan vurub.

Qeyd edək ki, Şahid Qurbanov "Komedixana" aktrisası Zarina Qurbanovanın atasıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
704 652 183 175 159 171

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.